BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyinin 3.8 milyonluq tenderi verdiyi şirkətin adı açıqlandı - Nizamnamə kapitalı 10 AZN-dir

Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri həyata keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "AR Group İnşaat" MMC ilə müqavilə bağlamağı planlaşdırır. 

 

Döşənək qatlarının düzəldilməsi, beton bort daşlarının quraşdırılması, tava və plitələrdən olan divar üzlüklərinin sökülməsi, beton və daş səthlərin sement-əhəng və ya sement məhlulu ilə suvanması, divarların sement məhlulu ilə karniz, plintus və künc tavacıqları ilə üzlənməsi işlərinin həyata keçirilməsinə görə şirkətə 3 870 315 AZN ödəniləcək.

 

Qeyd: Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Ramiq Baxtiyar oğlu Elləzovdur. Şirkətin bundan əvvəldə idarənin elan etdiyi tenderlərin qalibi olub. 

 

Cabir Həsənov

Tarix: 26 Dekabr 2024, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin