BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?"

“Təyyarə qəzasının baş verməsinin quru sərhədlərin bağlı qalması ilə əlaqələndirilməsini məntiqsizlikdən və ictimaiyyətin diqqətini çaşdırmaq istəyindən başqa bir şey hesab etmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

 

“Guya ki, sərhədlər açıq olsaydı, təyyarə qəzaya uğramazdı? Bakıdan Qroznıya təyyarə reysləri quru sərhədlər açıq olanda da cədvəl üzrə həmişə həyata keçirilirdi. Yəni qəzanın baş verməsinin quru sərhədlərin bağlı olması ilə nə əlaqəsi var? Həm də avtomobil qəzalarında az adam həlak olur? Bu ilin yanvar-sentyabr aylarında avtomobil qəzalarında 1434 nəfər xəsarət alıb. Onlardan 520 nəfəri həlak olub, 914-ü yaralanıb. Onda təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər? Yəqin ki, onun da quru sərhədlərin bağlı olması səbəbindən baş verdiyini deyərlər. Təəssüf ki, bəzi şəxslər xalqın faciəsini də özünə rəğbət qazanmaq və dövləti tənqid etmək üçün  istifadə etməyə çalışırlar. Bilsinlər ki, belə ucuz şoular onlara heç vaxt hörmət gətirməz. Faciədə həlak olanların yaxınlarına  səbir və yaralananlara şəfa diləmək əvəzinə, xalqı çaşdırmağa çalışmaq düşməniçiliyin son həddidir. Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur.  Amma təəssüf ki, bu nəqliyyat vasitəsi də  qəzalardan tam şəkildə sığortalanmayıb və az da olsa, qəzalar baş verir”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 26 Dekabr 2024, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin