BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyənin Təminat Mərkəzi 10 alət masasına, 2 divana, 8 asılqana, 5 aptek dolabına, 3 arabaya 1.8 milyon xərcləyəcək

"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi mebel və digər təsərrüfat invertarları alır.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəz "Qardaşlar Mebel" QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, QSC-yə 1 835 852 AZN ödənilməlidir.

 

Alınacaq məhsullara 7 ədəd 2 mərtəbəli paslanmaz metaldan alət masası, 3 ədəd 2 mərtəbəli plasmas alət masası, 2 ədəd açılan təkli divan, 5 ədəd aptek dolabı, 8 ədəd infuziya üçün asılqan səbət, 3 ədəd avadanlıqlar üçün araba daxildir.

 

Qeyd: QSC-nin qanuni təmsilçisi Hüseyn Məmməd oğlu Mirzəyevdir. "Qardaşlar Mebel" daha çox tender qazanan şirkətlərdəndir.

 

Cabir Həsənov

Tarix: 26 Dekabr 2024, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin