BURADA REKLAMINIZ OLA
BİLƏR

BƏƏ Prezidenti Azərbaycan liderinə başsağlığı verdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə başsağlığı verib.


Pravda.az xəbər verir ki, başsağılığında deyilir:


"Möhtərəm cənab Prezident.


"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.


Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik".

Tarix: 26 Dekabr 2024, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin