BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyindən 1.7 milyonluq layihə

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər üçün 1 722 999 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə "Smart Solyuşns Group" MMC ilə müqavilə bağlamağı planlaşdırır.

 

Xidmətlərə məlumatların öyrənilməsi və təhlil işlərinin aparılması, məlumat bazasının zənginləşdirilməsi və ilkin sınaqların aparılması, nitq analitik platformasının hazırlanması (lisenziya), operatorlar üçün lisenziya, sistemin quraşdırılması, mövcud sistemlə inteqrasiya və SLA (Layihə gedişatı zamanı proqramın yeniləmələri və baqların düzəldilməsi) daxildir.

 

Cabir Həsənov

Tarix: 27 Dekabr 2024, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin