BURADA REKLAMINIZ OLA
BİLƏR

Yerlan Koşanov Sahibə Qafarovaya zəng etdi

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

 

Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

 

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Tarix: 27 Dekabr 2024, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin