BURADA REKLAMINIZ OLA
BİLƏR

Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verdi

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident.

 

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.

 

Bu kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralıların tezliklə sağalmalarını arzulayırıq.

 

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Tarix: 27 Dekabr 2024, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin