BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru yenidən məhkəmə qarşısında

1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru olmuş Əmrah Səfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Ə.Səfərovun evi və maşını müsadirə edilib.

 
İttihama görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 
 

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınır.
 

Qeyd: Xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

 

 

Tarix: 28 Dekabr 2024, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin