BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Bülbüloğlu adının sorğuya salınmasına etiraz etdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu kütləvi informasiya vasitələrində (KİV) adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib.

 

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı P. Bülbüloğlunun etiraz məktubunda son zamanlar bir sıra internet səhifələrində belə sorğuların təşkil edilməsi hallarının artdığı vurğulanıb.

 

Səfir bildirib ki, məlum olmayan meyarlar və ölçülər əsasında keçirilən səsvermələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan, müxtəlif dövlətlərdə və fərqli siyasi şəraitdə ölkəmizi təmsil edən səfirlərin fəaliyyətinin eyniləşdirilməsi və yaxud müqayisəsi cəhdi yanlışdır və qeyri-mümkündür.

 

O qeyd edib ki, səsvermələrdə ömrünü Azərbaycan dövlətinə, onun maraqlarının qorunmasına həsr edən şəxslərin adlarının yeni təyin olunmuş gənc səfirlərlə müqayisəsi ümumiyyətlə düzgün deyil: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin yarası və böyük problemi var. Azərbaycan Respublikasının bütün diplomatları Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri icra etmək üçün akkreditə olunduqları ölkələrdə öz səlahiyyətləri və imkanları çərçivəsində bu ağır problemin həlli istiqamətində iş aparırlar. Görülən işlərin isə hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir”.

 

P. Bülbüloğlu yuxarıda yazılanları nəzərə alaraq, KİV-dən onun adının qeyd olunan sorğudan çıxarılmasını xahiş edib.APA

 

 

Tarix: 9 Dekabr 2019, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin