BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsabəli Mustafayevdən xəbər var

Bir müddət öncə keçirdiyi insult səbəbindən reanimasiyaya yerləşdirilən tanınmış vəkil Əsabəli Mustafayevin nitqi bərpa olub. 

 

Pravda.az-a səhhəti ilə bağlı açıqlama verən vəkil bildirib ki, hazırda müalicələri davam edir. 

 

“Artıq sərbəst danışmağa başlamışam. Allahın izni, yəqin, bir-iki aya ayağa qalxaram”. 

 

Xatırlatma: Avqust ayında tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranmışdı. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulmuşdu.

 

Aytəkin Qardaşova 

Tarix: 28 Dekabr 2024, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin