BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadının gözləri qarşısında qardaşını öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq və qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonun keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində qeydə alınıb.


Belə ki, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.


Rəşda Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Kamal Məmmədov 

Tarix: 29 Dekabr 2024, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin