BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? - AÇIQLAMA

“Hazırda Azərbaycanda bələdiyyə seçkiləri gedir. Seçkilərinə Mərkəzi Seçki Komissiyası (MSK) nəzarət edir. Bələdiyyə seçkiləri başa çatsın, VII çağırış Milli Məclis tətildən qayıtsın, bundan sonra MSK-nın yenidən formalaşması barədə fikir söyləmək olar”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

S.Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) növbəti dəfə Məzahir Pənahovu MSK üzvlüyünə namizədliyini irəli sürməyəcəyi barədə iddialara isə belə cavab verib: “Bu suala YAP rəhbərliyi cavab verə bilər. Mən o sözü deyə bilmərəm”. 

 

Qeyd: 1951-ci il təvəllüdlü Məzahir Pənahov 24 ildir, MSK-ya sədrlik edir. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirib, o, 2011-ci ildə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

Aytəkin Qardaşova

Tarix: 29 Dekabr 2024, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin