BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Baş İdarəsinin inzibati binasının əsaslı təmirinə 3.9 milyon xərclənəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Baş İdarəsinin Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən inzibati binasının əsaslı təmiri, yenidən qurulması və layihələndirilmə işlərinə 3 895 160 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC "İdeal TM" şirkəti ilə müqavilə bağlayıb.

 

Qeyd: İdeal TM"in qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyevdir.

 

Cabir Həsənov

Tarix: 29 Dekabr 2024, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin