BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN Moskvadan Nyu-Yorka və Vaşinqtona uçan xüsusi təyyarə reysinə aydınlıq gətirdi

Rusiyadan Amerika Birləşmiş Ştatlarına (ABŞ) xüsusi təyyarənin uçuşu diplomatların rotasiyası ilə bağlıdır.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

"Diplomatların növbəti rotasiyasıdır" - deyə mətbuatda Rusiyadan yüksək səviyyəli məmurun ABŞ-yə getməsi ehtimalı ilə bağlı yayılan məlumatlar aydınlıq gətirib.

 

Qeyd edək ki, “Rossiya” xüsusi uçuş bölməsinə məxsus RA-96023 nömrəli İl-96-300 dekabrın 26-da Nyu-Yorka uçub, sonra isə Vaşinqtona istiqamət alıb.

 

FlightRadar24 məlumatlarına görə, dekabrın 28-də təyyarə Rusiyaya qayıdıb.

 

Xatırladaq ki, “Rossiya” xüsusi uçuş bölməsinə məxsus təyyarələr Rusiyanın dövlət başçısı başda olmaqla yüksək səviyyəli məmurlarını daşıyır.

 

APA

Tarix: 30 Dekabr 2024, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin