BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampa hökm oxunacaq

Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organisation şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə prosesini yanvarın 10-na təyin edib.

 

Bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir.

 

“Müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da gəlməsi planlaşdırılır”, - sənəddə deyilir.

 

Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Trampa hökm oxunacaq.

 

APA

Tarix: 4 Yanvar 2025, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin