BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada daha bir helikopter qəzaya uğradı

Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.

 

Bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.

 

“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, - məlumatda deyilir.

 

Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.

 

Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.

 

Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.

Tarix: 5 Yanvar 2025, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin