BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin İdarənin maliyyə-iqtisadiyyat sektorunun eks-müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 8-nə təyin edilib. 

 

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. 

 

Zərərçəkmiş qismində Azərbaycan Gənclər və İdman Nazirliyi tanınır. 

 

Qeyd: Hər iki şəxs külli miqdarda mənimsəmədə ittiham edilir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıb. 

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2025, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin