BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibetdə güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər isə yaralanıb.

 

Bu barədə Çin Dövlət Xəbər Agentliyi “Xinhua” məlumat yayıb.

 

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nepal sərhədi yaxınlığında TMR-də 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Xilasetmə işləri davam edir, yerli hakimiyyət orqanları zərərçəkmişlərə yardım üçün resursları səfərbər edib.

Tarix: 7 Yanvar 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin