BURADA REKLAMINIZ OLA
BİLƏR

Metroda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

 

Bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada deyilir.

 

Bildirilib ki, metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.

 

***

10:38

 

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir.


 
Pravda.az
məsələni dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb.


 
Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib.


 
Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.


 
Aytəkin Qardaşova

 

Tarix: 7 Yanvar 2025, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin