BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Xidməti qüsurlu məhsul satışı ilə bağlı "Avropa qapıları"na qarşı tədbir görüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Avropa Qapıları" MMC barədə inzibati xəta protokolu tərtib edib.

 

Pravda.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, şirkətə qarşı tədbir görülməsi alınan məhsulda istehsal qüsurunun olmasına baxmayaraq, onun dəyişdirilmsindən və yaxud qaytarılmasından imtina edilməsi ilə bağlıdır.

Tarix: 9 Yanvar 2025, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin