BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan daha bir müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı: “Sən varsansa, varam”

Türkiyə Prezidenti Rəcəb Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

 

Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və məşhur müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb.

 

Tatlıses Ərdoğana qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sual ünvanlayıb.

 

“Sən varsansa, varam”, - dövlət başçısı cavab verib.

 

Tərəflərin dialoqu "TRT Haber" vasitəsilə yayımlanıb.

 

APA

Tarix: 12 Yanvar 2025, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin