BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq

Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

 

Bu barədə Kreml məlumat yayıb.

 

Bildirilib ki, İran prezidenti yanvarın 17-də Rusiyaya rəsmi səfər edəcək.

 

"İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.

 

Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq və mətbuata açıqlamalar verəcəklər", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

 

APA

Tarix: 13 Yanvar 2025, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin