BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qatarla Rusiyaya getmək istəyənlərin nəzərinə

Mart ayından etibarən Azərbayan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq. Bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

 

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

 

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

 

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatarlar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.

Tarix: 17 Yanvar 2025, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin