“Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi”.
Pravda.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edən prezident bildirib ki, bu tarixi hər kəs bilməlidir: “Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər. Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.
5 Oktyabr 18:45
5 Oktyabr 18:43
5 Oktyabr 18:33
5 Oktyabr 18:28
5 Oktyabr 18:25
5 Oktyabr 18:22
5 Oktyabr 18:21
5 Oktyabr 18:14
5 Oktyabr 18:11
5 Oktyabr 18:07
5 Oktyabr 18:01
5 Oktyabr 17:51
5 Oktyabr 17:46
5 Oktyabr 17:43
5 Oktyabr 17:40
5 Oktyabr 17:35
5 Oktyabr 17:34
5 Oktyabr 17:28
5 Oktyabr 17:10
5 Oktyabr 17:07
5 Oktyabr 17:00
5 Oktyabr 16:51
5 Oktyabr 16:49
5 Oktyabr 16:48
5 Oktyabr 16:41
5 Oktyabr 16:30
5 Oktyabr 16:29
5 Oktyabr 16:27
5 Oktyabr 16:20
5 Oktyabr 16:13
5 Oktyabr 16:11
5 Oktyabr 16:04
5 Oktyabr 15:54
5 Oktyabr 15:38
5 Oktyabr 15:23
5 Oktyabr 15:23
5 Oktyabr 15:21
5 Oktyabr 15:16
5 Oktyabr 15:13
5 Oktyabr 15:10
5 Oktyabr 15:02
5 Oktyabr 14:58
5 Oktyabr 14:40
5 Oktyabr 14:33
5 Oktyabr 14:21
5 Oktyabr 14:19
5 Oktyabr 14:15
5 Oktyabr 14:12
5 Oktyabr 14:08
5 Oktyabr 14:06
5 Oktyabr 14:00
5 Oktyabr 13:45
5 Oktyabr 13:42
5 Oktyabr 13:36
5 Oktyabr 13:35
5 Oktyabr 13:22
5 Oktyabr 12:58
5 Oktyabr 12:53
5 Oktyabr 12:51
5 Oktyabr 12:48
5 Oktyabr 12:38
5 Oktyabr 12:37
5 Oktyabr 12:30
5 Oktyabr 12:27
5 Oktyabr 12:20
5 Oktyabr 12:15
5 Oktyabr 12:12
5 Oktyabr 12:08
5 Oktyabr 12:01
5 Oktyabr 11:53
5 Oktyabr 11:45
5 Oktyabr 11:43
5 Oktyabr 11:38
5 Oktyabr 11:31
5 Oktyabr 11:22
5 Oktyabr 11:15
5 Oktyabr 11:14
5 Oktyabr 11:11
5 Oktyabr 11:11
5 Oktyabr 11:09
5 Oktyabr 11:07
5 Oktyabr 11:00
5 Oktyabr 10:57
5 Oktyabr 10:50
5 Oktyabr 10:45
5 Oktyabr 10:38
5 Oktyabr 10:36
5 Oktyabr 10:28
5 Oktyabr 10:19
5 Oktyabr 10:16
5 Oktyabr 10:14
5 Oktyabr 09:41
5 Oktyabr 09:39
5 Oktyabr 09:34
5 Oktyabr 09:34
5 Oktyabr 08:59
5 Oktyabr 08:57
5 Oktyabr 08:48
5 Oktyabr 08:43
5 Oktyabr 08:33
5 Oktyabr 08:28
5 Oktyabr 07:50
5 Oktyabr 07:48
5 Oktyabr 06:56
5 Oktyabr 01:13
5 Oktyabr 01:09
5 Oktyabr 01:07
5 Oktyabr 00:15
4 Oktyabr 23:06
4 Oktyabr 22:45
4 Oktyabr 21:42
4 Oktyabr 20:42
4 Oktyabr 19:29
4 Oktyabr 18:40
4 Oktyabr 16:14
4 Oktyabr 16:09
4 Oktyabr 14:59
4 Oktyabr 12:33
4 Oktyabr 12:26
4 Oktyabr 12:14
4 Oktyabr 12:12
4 Oktyabr 11:18
4 Oktyabr 11:08
4 Oktyabr 11:08
4 Oktyabr 09:23
4 Oktyabr 09:20
4 Oktyabr 09:19
4 Oktyabr 00:47
4 Oktyabr 00:45
4 Oktyabr 00:44
4 Oktyabr 00:43
4 Oktyabr 00:40
3 Oktyabr 20:34
3 Oktyabr 20:33
3 Oktyabr 20:30
3 Oktyabr 19:30
3 Oktyabr 19:12
3 Oktyabr 17:40
3 Oktyabr 17:09
3 Oktyabr 16:28
3 Oktyabr 15:56
3 Oktyabr 15:21
3 Oktyabr 14:21
3 Oktyabr 14:10
3 Oktyabr 14:10
3 Oktyabr 13:48
3 Oktyabr 13:23
3 Oktyabr 13:16
3 Oktyabr 13:10
3 Oktyabr 12:39
Ən son xəbərləri səhifəmizdən də izləyin