BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank və Füzuli Ələkbərova məxsus şirkət arasında çəkişmə davam edir - Ölkədən çıxarılan pulun mübahisəsi

"İmprotex İndustries" MMC-yə yazılan inzibati protokola növbəti dəfə baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə fevralın 4-də baxılacaq.

 

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxildir.

 

Cabir Həsənov

Tarix: 24 Yanvar 2025, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin