BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandakı general-polkovniklərin SİYAHISI

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

 

Pravda.az-ın məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 18-ə çatıb. Bundan əvvəl isə, 17 məmura general-polkovnik rütbəsi verilib.

 

Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik:

 

 1. Zakir Həsənov - Müdafiə naziri

 

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

 

3. Ramil Usubov – Eks Daxili İşlər naziri,  Prezident yanında Təhlukəsizlik Şurasının katibi

 

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

 

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

 

6. Vaqif Axundov -  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

 

7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

 

8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri

 

9. Səfər Əbiyev – Sabiq müdafiə naziri

 

10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

 

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

 

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

 

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

 

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

 

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

 

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

 

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

 

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini

Tarix: 26 İyun 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin