BURADA REKLAMINIZ OLA
BİLƏR

Sensasion açıqlama: “İradə Gülməmmədovaya heç Prezident Administrasiyası da bata bilmir” - VİDEO

“Bir neçə gün öncə, məlumat yaydıldı ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeronda əməliyyat keçirib. Nəticəsi nə oldu? Bir “JEK” müdirini, bir də baş memar Akif Əliyevi tutdular. Hüquq mühafizə orqanlarına müraciət etmişdim ki, icra başçısının adı ilə 35 min manat tələb edirlər. Bunu Prezident Administrasiyasının Habil adlı əməkdaşına da, administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin köməkçisinə də demişəm. Amma heç bir tədbir görülmədi. Mənə deyildi ki, icra başçısı İradə Gülməmmədovaya heç Prezident Administrasiyası da bata bilmir. Hadisələr göstərdi ki, həqiqətən də belədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

“Necə olur, 5 icra başçısını həbs edə bilirsiniz, İradə Gülməmmədovanı tuta bilmədiniz? Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ölkədə ikinci prezidentdir? Bunların arxasında duranlar nə fikirləşirlər? Azərbaycan xalqı hər şeyi görür, bilir... Bu həssas məqamda belə addımları atmaq dövlətə xəyanətdir, burada ayrı-seçilik olmamalıdır. Baxın, 5 icra başçısı həbs edilib, indi onların qohumları, tanışları haqlı olaraq barmaqlarını soxacaqlar məni kimilərin gözlərinə ki, qohumlarımız tutulanda niyə alqışlayırdınız, niyə Abşerona gücləri çatmadı? Kimə lazım idi bu ayrı-seçilik? Bütün ölkə bilir ki, Abşeron Rayon İcra Hakimiyyətində baş verən qanunsuzluqlar həbs edilən 5 icra başçısının etdiklərindən daha çoxdur. Məlumatlar paylaşmışam, oxuyun, görün Abşeronda yaşayanlar necə qan ağlayırlar. Necə olur, bir Zakir Fərəcov hakimiyyətdən, dövlətdən üstün oldu? Respublika prokurorluğunu belə nüfuzdan salmaq olar? Kamran Əliyev gəldikdən sonra bütün odioz fiqurları qurumdan kənarlaşdırdı, gənclər irəli çəkildi. Mən də, eləcə də minlərlə insan prokurorluğa rəğbət yarandı. Abşerondakı əməliyyatdan sonra kim deyə bilər ki, Kamran Əliyev nəsə edə bilər? Əminəm ki, bu, Kamran Əliyevlik deyil, məsələ yuxarılarda həll edilib. Bunu edənlər bilsinlər, odla oynayırlar” – A.İsmayılov qeyd edib.

 

Tarix: 26 İyun 2020, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin