BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçalada vəziyyət təsəvvür olunduğundan da pisdir - FOTO

“Neftçalada vəziyyət təsəvvür olunduğundan da pisdir. Kür çayının duzlaşması artıq Qədimkənd kəndinə kimi gəlib çatıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

 

S.Əsədli bildirib ki, çayda suyun səviyyəsi artmazsa, duzlu suyun Salyana çatmasına çox az qalıb: “Problem Kürün deltasının düzgün qazılıb təmizlənməməsidir. Delta küləyin vurduğu istiqamətdə qazılıb və bunun nəticəsində külək duzlu suyu vurub Kürə tökür. Heyvanlar, quşlar su tapa bilmir içməyə. Kürün üzərində uçuşan quşları görəndə insanın ürəyi ağrıyır, quşlar və heyvanlar su tapmır. Çöl göyərçinləri Kürün üzərində dövrə vurub özləini yerə vururlar. Ürək ağrısı ilə seyr edirdik... İnsanlar da uzun növbələrlə su növbələrinə durublar. Suyun maşını da olduqca bahadır. Hər adamın da bunu almağa gücü çatmır. Bir sözlə, bu gün Neftçala çox ağır durumdadır. Bütün bu problemlər məmur səriştəsizliyi üzündən baş verib...”

Fotoları təqdim edirik
Tarix: 26 İyun 2020, 19:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin