BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya futbol üzrə dünya çempionatında da iştirak edə bilməyəcək

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya milli komandasının futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı suala aydınlıq gətirib.

 

Pravda.az-ın xəbərinə görə, qurumun Uyğunluq üzrə komitəsinin rəhbəri Conatan Teylor dünya çempionatlarına qatılmaqla bağlı 4 illik qadağanın futbola da şamil olunacağını bildirib.

 

Onun sözlərinə görə, Rusiya millisi DÇ-2022-nin seçmə mərhələsində yalnız neytral statusla iştirak edəcək: “Mən bilmirəm ki, onlar seçmə mərhələni keçə biləcək, ya yox. Amma istənilən halda, onlar neytral bayraq altında çıxış iştirak etməlidir. Bütün idman növləri üçün şərtlər eynidir. Ölkənin bayrağı olmadan, himnsiz”.

 

Qeyd edək ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək, Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilib.Apasport

 

Tarix: 9 Dekabr 2019, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin