BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Almatıya işgüzar səfər etdi

Baş nazir Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə bu gün Almatı şəhərinə işgüzar səfər edib.

 

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

 

Almatı Beynəlxalq Hava Limanında Əli Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

Əli Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Tarix: 30 Yanvar 2025, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin