BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tarixdən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minəcək

Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək.

 

Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Teleqram” hesabında yazıb.

 

Onun sözlərinə görə, həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.

 

V. Volodin ölkəyə giriş-çıxış qaydalarının pozulmas, habelə adları xüsusi nəzarət altında olan əcnəbilərin, eləcə də Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.

 

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

 

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var./APA

Tarix: 1 Fevral 2025, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin