“Bununla bağlı nə şərh verim? Bu, yersiz bir hərəkətdir. O, söz deyib, onun özündən soruşun. Mən onun sözlərinə nə şərh verə bilərəm?” Bunu “Yeni Sabah”a 82 saylı İmişli-Saatlı seçki dairəsini təmsil edən deputat Səyyad Salahov (Aran) deyib.
O, Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Siyavuş Novruzovun İmişlidə baş verən hadisələrlə bağlı çıxışına münasibət bildirib.
Bu lakonik cavabdan əvvəl Səyyad Aran kimi İmişlidən deputat seçilmiş Razi Nurullayev YAP-çı Milli Məclis üzvünün çıxışına kəskin rəy bildirib.
R.Nurullayev qeyd edib: “Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik. Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib” fikri tam olaraq kökündən yanlış idi.
Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm! Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum”.
Xatırladaq ki, yanvarın 18-də İmişlidə baş vermiş hadisəyə dair çıxışında Siyavuş Novruzov İmişlidən olan hər iki deputata eyhamla bildirib:
“Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən 3 kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu – xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?.. Çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə?
Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasın, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin”.
11 Noyabr 01:45
11 Noyabr 01:43
11 Noyabr 01:41
11 Noyabr 01:37
11 Noyabr 00:26
11 Noyabr 00:20
10 Noyabr 21:47
10 Noyabr 21:31
10 Noyabr 21:23
10 Noyabr 21:19
10 Noyabr 19:48
10 Noyabr 19:06
10 Noyabr 19:04
10 Noyabr 19:03
10 Noyabr 18:17
10 Noyabr 17:43
10 Noyabr 17:07
10 Noyabr 16:58
10 Noyabr 16:51
10 Noyabr 16:01
10 Noyabr 14:44
10 Noyabr 14:39
10 Noyabr 14:29
10 Noyabr 14:21
10 Noyabr 14:19
10 Noyabr 14:16
10 Noyabr 14:14
10 Noyabr 13:31
10 Noyabr 13:09
10 Noyabr 13:07
10 Noyabr 13:05
10 Noyabr 12:43
10 Noyabr 12:39
10 Noyabr 12:36
10 Noyabr 12:34
10 Noyabr 12:31
10 Noyabr 12:20
10 Noyabr 12:16
10 Noyabr 12:08
10 Noyabr 11:32
10 Noyabr 10:40
10 Noyabr 10:39
10 Noyabr 10:26
10 Noyabr 10:04
10 Noyabr 09:57
10 Noyabr 09:51
10 Noyabr 09:49
10 Noyabr 09:46
10 Noyabr 09:42
10 Noyabr 08:42
10 Noyabr 00:20
10 Noyabr 00:18
10 Noyabr 00:08
10 Noyabr 00:07
10 Noyabr 00:05
10 Noyabr 00:02
9 Noyabr 23:38
9 Noyabr 23:05
9 Noyabr 22:54
9 Noyabr 22:48
9 Noyabr 21:49
9 Noyabr 21:08
9 Noyabr 20:47
9 Noyabr 20:20
9 Noyabr 20:05
9 Noyabr 19:57
9 Noyabr 19:54
9 Noyabr 19:40
9 Noyabr 19:03
9 Noyabr 18:52
9 Noyabr 18:10
9 Noyabr 17:42
9 Noyabr 17:41
9 Noyabr 17:35
9 Noyabr 16:07
9 Noyabr 15:37
9 Noyabr 14:57
9 Noyabr 14:39
9 Noyabr 13:57
9 Noyabr 13:53
9 Noyabr 13:20
9 Noyabr 13:16
9 Noyabr 12:51
9 Noyabr 12:21
9 Noyabr 12:18
9 Noyabr 11:22
9 Noyabr 11:18
9 Noyabr 11:15
9 Noyabr 10:38
9 Noyabr 10:37
9 Noyabr 10:35
9 Noyabr 09:46
9 Noyabr 09:43
9 Noyabr 09:40
9 Noyabr 09:36
9 Noyabr 07:59
9 Noyabr 01:26
9 Noyabr 01:23
9 Noyabr 01:20
9 Noyabr 01:17
9 Noyabr 01:15
9 Noyabr 01:12
9 Noyabr 01:10
9 Noyabr 01:05
9 Noyabr 01:03
9 Noyabr 00:58
9 Noyabr 00:05
8 Noyabr 20:34
8 Noyabr 20:31
8 Noyabr 20:28
8 Noyabr 19:59
8 Noyabr 19:57
8 Noyabr 19:48
8 Noyabr 19:01
8 Noyabr 18:47
8 Noyabr 18:45
8 Noyabr 18:44
8 Noyabr 18:42
8 Noyabr 18:13
8 Noyabr 18:09
8 Noyabr 18:06
8 Noyabr 18:05
8 Noyabr 18:01
8 Noyabr 17:43
8 Noyabr 17:20
8 Noyabr 17:18
8 Noyabr 17:09
8 Noyabr 16:30
8 Noyabr 16:25
8 Noyabr 16:23
8 Noyabr 16:21
8 Noyabr 16:18
8 Noyabr 16:16
8 Noyabr 16:15
8 Noyabr 16:12
8 Noyabr 16:09
8 Noyabr 16:06
8 Noyabr 15:47
8 Noyabr 15:22
8 Noyabr 15:01
8 Noyabr 14:43
8 Noyabr 14:34
8 Noyabr 14:30
8 Noyabr 14:29
8 Noyabr 14:26
8 Noyabr 14:19
8 Noyabr 14:18
8 Noyabr 14:16
8 Noyabr 14:14
8 Noyabr 14:08
Ən son xəbərləri səhifəmizdən də izləyin