BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Xidməti jurnalistlərə 9 100 manatlıq bal hədiyyə edib

İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İ M HONEY” MMC (VÖEN- 1603524621) ilə satınalma müqaviləsi imzalayıb.


Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Xidməti bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.


Müqavilənin şərtlərinə görə, “İ M HONEY” MMC KİV orqanlarında çalışan jurnalistlər üçün hədiyyələrin alınması xidmətlərini göstərib və qarşılığında 9 min 100 manat alıb.


Qeyd edək ki, 15 yanvar 2019-cu il tarixində dövlət qeydiyyatına alınan “İ M HONEY” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Qara Qarayev pr., ev 116, m. 76-da yerləşir. Qanuni təmsilçisi Məmmədov Fərəhi Çingiz oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.


Onu da bildirək ki, “İ M HONEY” MMC bal və arıçılıq məhsullarının satışı ilə məşğul olur. Şirkət bazarda daha çox xüsusi qablaşdırmada olan hədiyyəlik bal və arıçılıq məhsulları ilə tanınıb.

Tarix: 6 Fevral 2025, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin