BURADA REKLAMINIZ OLA
BİLƏR

Aprel şəhidinin anası: "Polislərin şərəfinə oxunan mahnı ağıllı adamların hər birinin ürəyincədir"

Polislərə həsr edilən "Yaşa Azərbaycan” adlı mahnı sosial şəbəkələrdə və mediada geniş yayılıb. Cəmiyyətdə ziyalılar, xalq artistləri, fəal gənclər ifaçılara dəstək olublar.

Gənc ifaçılara dəstək olan şəxslərdən biri də iki övladı vətən uğrunda şəhid olan Zeynəb Bayramovadır.

Pravda.az-ın xəbərinə görə, şəhid anası məlum video haqda danışıb: "Videonu şəhid oğlumun övladı, nəvəm Zeynəb mənə göstərdi. Baxanda kövrəldim çox. Gənclərin belə addım atması, şəhid polisləri yad etməsi çox kövrəltdi məni. Çox gözəl ifa edirdilər. Çox ölkədə bu təşəbbüsdən istifadə edirlər. Bu videonu çox bəyəndim".

Zeynəb Bayramova gəncləri tənqid edənlərə səslənib: "Ancaq onların bu ifasını təhqir edənləri də gördüm. Ayıb olsun onlara. Şəhidlər üçün oxuyanlara toxunmayın. Başqa nə deyim ki. Oxumaqda nə qəbahət var. "Yaşa Azərbaycan" mahnısı milli mahnıdır. Onu tək polislər üçün deyil ətraf sakinlər üçün də ifa ediblər. Hər yerdə pis də var, yaxşı da var. Polisin də həmçinin. Onlar asayişin keşiyində dayanırlar. Əhalini təhlükələrdən qoruyurlar. İki övladım şəhid olub. Qadınlarımıza, qızlarımıza qarşı kobudluq edənləri tənqid edirəm. Mənim 2016-cı ilin aprel döyüşlərində şəhid verdiyim Vaqifim üç körpə qoyub gedib. Burda bütün polislər ən əzizləri kimi onların üstündə əsirlər. Yaxşı insanlara hörmət qoyan polislərə rəğbətim var. Onlar burda bütün şəhid ailələrinə hörmətlə yanaşırlar".

Şəhid anası deyib ki, polislərə dəstək olmaq lazımdır: "Onu da bilin ki, polis olmasa, ölkədə xaos olar. Hər insanın bir problemi olan kimi ilk növbədə polisə müraciət edir. Azərbaycanın və şəhid polislərin şərəfinə oxunan mahnı ağıllı adamların hər birinin ürəyincədir. Bu mahnını bəhanə edib camaatı qarşı-qarşıya qoymaq olmaz. Əksinə, bu video hamını birləşdirməlidir. Şəhidlərimizin ruhlarının xoş olması üçün gəlin bir olaq, yumruq olaq! Yenə də Yaşa, Yaşa, Azərbaycan deyək”.

Tarix: 28 İyun 2020, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin