“ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) əvvəlcə Azərbaycanın dövlət qurumları ilə də əməkdaşlıq etmək niyyətini ortaya qoysa da, sonda yalnız müxalifət dairələri ilə əməkdaşlıq edib. Bu əməkdaşlığın da arxasında hansı çirkin niyyətlərin dayandığı bəllidir. Müxtəlif ölkələrdə həyata keçirdikləri siyasi hoqqabazlıqları Azərbaycanda da tətbiq etmək istəyirdilər. Azərbaycanın radikal müxalifəti də bu rol üçün yarayır və USAID-lə əməkdaşlıq fonunda "əl əli yuyar, əl də qayıdıb üzü" prinsipi ilə çıxış edərək öz çirkin niyyətlərini həyata keçirmək istəyilər. Onlar pul müqabilində hətta şeytanla da əməkdaşlıq etməyə hazırdırlar. ABŞ-nin yeni rəhbərliyi Tramp Administrasiyası artıq 10 minə qədər əməkdaşı olan USAID-nin üzvlərinin sayını 294 nəfərə endirməyi planlaşdırır. 2024-cü ildə büdcəsi 72 milyard dollar olan bir təşkilatın büdcəsi də kəskin şəkildə azalacaq. Bu isə faktiki olaraq USAID-nin buraxılması anlamına gəlir. Eyni məntiqlə düşünmək olar ki, ayrı-ayrı ölkələrdə həm də müxalif dairələrin çörəyi kəsiləcək. Bundan sonra, yəqin ki, Azərbaycanın radikal müxalifətinin də qara günləri başlayır. Əsas "çörək verənlərinin" cinayət əməlləri artıq üzə çıxıb. Elə ABŞ-nin özündə onların fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılır. Bu, artıq həm də onların yaxın perspektivdə elə bağlanmaları anlamına da gəlir. Azərbaycanın radikal müxalifət dairələrinin yuxusuna da, yəqin, artıq haram qatılıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
“USAID bütün dünyada sülhün və demokratiyanın keşiyində dayanmaq iddiası ilə çıxış etsə də, əslində bir casus şəbəkəsi olaraq ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq, vətəndaş həmrəyliyini parçalamaq, səfərbər olunmuş cəmiyyəti bölmək, idarə olunan xaos vəziyyətini yaratmaqla məşğul olub. Birbaşa Mərkəzi Kəşfiyyat İdarəsinin funksiyalarının bir hissəsini öz üzərinə götürüb, onlarla koordinasiya olunmuş şəkildə fəaliyyət göstərib. Heç kimə sirr deyil ki, bu təşkilat bir çox dövlətlərdə “demokratiya” adı altında dövlət çevrilişləri, inqilablar həyata keçirib və nəticədə “marionetka” hökumətlər formalaşdırıb, öz geosiyasi niyyətlərini həyata keçirmək üçün onlardan bir vasitə kimi istifadə edib. Ukrayna, ardınca Gürcüstan və digər ölkələri misal gətirə bilərik. Orta hesabla, illik büdcəsi 65 milyard dollar olan USAID-nin 2024-cü ildə büdcəsi 72 milyard dollara gəlib çatıb. Son dərəcədə böyük rəqəmdir. Ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq üçün onlar cürbəcür üsullardan istifadə ediblər. LGBT-dən tutmuş transgenderlərə qədər müxtəlif layihələri maliyyələşdirib, transgender yürüşləri təşkil ediblər, cəmiyyətlər üçün yad olan dəyərləri paylaşıb, onu təbliğ edib, yayıblar. Hətta ən sonda isə məlum olur ki, USAID Gürcüstanda növbəti inqilab həyata keçirməyə hazırlaşırmış və bu məqsəd üçün 26 milyon dollar vəsait ayırıbmış. Medianı maliyyələşdirmək, QHT-lərə maliyyə dəstəyi göstərmək, yəni küçəni doldurmaq üçün insanları pulla ələ almaq niyyəti güdür. Yaxşı ki, Gürcüstan hökuməti və xalqı qətiyyət nümayiş etdirdi, USAID-nin çirkin niyyətini gözündə qoydu. Ən maraqlısı budur ki, 10 illiklərlə ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışıb, həmin ölkələrdə vətəndaş həmrəyliyini pozan, bu ölkələrə cürbəcür müsibətlər, bəla gətirən təşkilatı artıq Tramp Administrasiyası “cinayətkar təşkilat” adlandırıb. Eyni zamanda ABŞ-də dövlət qurumlarının səmərəliliyini yoxlayan bir agentliyə rəhbərlik edən İlon Mask da eyni mövqedən çıxış edib, cinayətkar təşkilat kimi USAID-ni səciyyələndirib. Bayden Administrasiyası dövründə isə bu təşkilatın fəaliyyəti daha da genişlənmişdi, cürbəcür dövlətlərə qarşı aksiyaları, qanunazidd əməlləri törədirdi. Sevindirici haldır ki, Tramp Administrasiyası artıq bu təşkilatın üzərindəki lövhəni götürüb və onun fəaliyyətinin ciddi şəkildə yoxlanışına başlanılıb. Yəqin ki, biz hələ bu təşkilatın hələ çox biabırçı əməllərinə şahid olacağıq. Azərbaycan da bu təşkilat üçün istisna təşkil etməyib. 2012-ci ildən üzü bəri Birinci Avropa Oyunlarından başlayaraq ta COP29 tədbirinə qədər USAID Azərbaycan dövləti əleyhinə çoxlu layihələrə əl atıb ki, tədbirlərimiz uğurla yekunlaşmasın, fiaskoya uğrasın. Səbəb isə birdir - Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi müstəqil siyasət həyata keçirib, USAID kimi qızışdırıcı təşkilatların diqtəsi ilə fəaliyyət göstərməyib, Azərbaycan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirib. Bu səbəbdən biz də USAID-nin hədəfində olmuşuq, ancaq onlar məkanı səhv seçiblər. Heç bir təşkilat, dövlət Azərbaycanla diqtə dili ilə danışa bilməz, çünki bizim işimi haqq işidir, Azərbayan güclü dövlətdir”, - deputat bildirib.
Aytəkin Qardaşova
27 Mart 22:34
27 Mart 22:00
27 Mart 21:54
27 Mart 21:52
27 Mart 21:43
27 Mart 20:59
27 Mart 20:48
27 Mart 20:47
27 Mart 20:45
27 Mart 20:41
27 Mart 20:13
27 Mart 20:11
27 Mart 20:08
27 Mart 19:03
27 Mart 19:01
27 Mart 18:48
27 Mart 17:25
27 Mart 17:22
27 Mart 17:20
27 Mart 17:13
27 Mart 17:11
27 Mart 17:09
27 Mart 17:08
27 Mart 17:05
27 Mart 17:03
27 Mart 17:01
27 Mart 16:53
27 Mart 15:53
27 Mart 15:36
27 Mart 15:33
27 Mart 15:04
27 Mart 14:49
27 Mart 14:26
27 Mart 14:23
27 Mart 14:21
27 Mart 14:19
27 Mart 14:02
27 Mart 13:59
27 Mart 13:58
27 Mart 13:57
27 Mart 13:48
27 Mart 13:46
27 Mart 13:44
27 Mart 13:42
27 Mart 13:41
27 Mart 13:40
27 Mart 13:39
27 Mart 13:34
27 Mart 13:33
27 Mart 13:31
27 Mart 12:38
27 Mart 12:25
27 Mart 12:24
27 Mart 12:22
27 Mart 12:08
27 Mart 12:05
27 Mart 11:41
27 Mart 11:34
27 Mart 11:13
27 Mart 10:40
27 Mart 10:16
27 Mart 09:46
27 Mart 08:33
27 Mart 08:30
27 Mart 08:28
27 Mart 08:27
27 Mart 08:26
27 Mart 08:23
27 Mart 07:48
27 Mart 07:45
27 Mart 07:44
27 Mart 07:42
27 Mart 07:41
27 Mart 07:39
27 Mart 07:34
27 Mart 07:32
27 Mart 07:29
27 Mart 07:27
27 Mart 07:19
27 Mart 07:16
27 Mart 07:13
27 Mart 07:06
26 Mart 23:41
26 Mart 23:32
26 Mart 23:14
26 Mart 23:11
26 Mart 23:07
26 Mart 22:59
26 Mart 22:50
26 Mart 22:42
26 Mart 22:38
26 Mart 22:28
26 Mart 22:26
26 Mart 22:22
26 Mart 22:20
26 Mart 22:16
26 Mart 21:13
26 Mart 20:51
26 Mart 19:19
26 Mart 18:54
26 Mart 18:52
26 Mart 18:50
26 Mart 18:30
26 Mart 18:11
26 Mart 17:28
26 Mart 17:21
26 Mart 16:53
26 Mart 16:49
26 Mart 16:18
26 Mart 15:55
26 Mart 15:33
26 Mart 15:31
26 Mart 15:24
26 Mart 15:20
26 Mart 15:14
26 Mart 15:05
26 Mart 14:29
26 Mart 14:17
26 Mart 14:11
26 Mart 13:26
26 Mart 13:25
26 Mart 13:23
26 Mart 13:21
26 Mart 13:19
26 Mart 13:15
26 Mart 13:13
26 Mart 13:10
26 Mart 12:53
26 Mart 12:51
26 Mart 12:50
26 Mart 12:46
26 Mart 12:44
26 Mart 12:43
26 Mart 12:40
26 Mart 12:37
26 Mart 12:35
26 Mart 12:33
26 Mart 12:16
26 Mart 11:57
26 Mart 11:44
26 Mart 11:13
26 Mart 11:11
26 Mart 09:53
26 Mart 09:45
26 Mart 09:41
26 Mart 09:35
26 Mart 09:32
26 Mart 09:30
26 Mart 09:16
26 Mart 09:11
Ən son xəbərləri səhifəmizdən də izləyin