Son sutka ərzində daha 42 min 597 nəfər koronavirusa yoluxdu – Sürətlə artır

Son sutka ərzində ABŞ-da daha 42 min 597 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, virusa yoluxan 500-dən çox insan həyatını itirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bununla da ardıcıl ikinci gündür ki, ölkədə koronavirusa yoluxanların sayı yenə 40 mini keçib. Şənbə günü ölkədə 45 mindən çox virusa yoluxma halı qeydə alınıb.

 

Ümumilikdə, indiyə qədər ölkədə 2 milyon 510 min 323 nəfər koronavirusa yoluxub, 125 min 539 nəfər ölüb. Sağalan xəstələrin sayı isə 679 min nəfəri ötüb.APA

 

Tarix: 28 İyun 2020, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin