BURADA REKLAMINIZ OLA
BİLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 0.7 milyonluq tenderi ləğv edildi

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (İTSDA) publik hüquqi şəxsin Agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Tenderin toplam dəyəri 733 408 AZN olub.

 

Cabir Həsənov

Tarix: 12 Fevral 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin