BNA rəsmisi koronavirusa yoluxdu

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub.

 

Pravda.az xəbər verir ki, bu barədə BNA rəsmisi özü məlumat verib

 

"Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək" - o bildirib.

Tarix: 28 İyun 2020, 18:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin