BURADA REKLAMINIZ OLA
BİLƏR

“ASAN xidmət”lə bağlı 660 minlik layihə reallaşmır

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Agentlik və "ASAN xidmət" mərkəzlərində informasiya texnologiyaları (İT) avadanlıqlarına texniki dəstək xidmətləri ilə bağlı elan etdiyi tenderin ləğvi ilə bağlı qərar verilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Satınalmanın məbləğ 662 031 AZN olub.

 

Cabir Həsənov

Tarix: 12 Fevral 2025, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin