BURADA REKLAMINIZ OLA
BİLƏR

Çuğundur yeyin, faydasını görün

Yarpağı və kökü yeyilən bilən çuğunduru bir çox cəmiyyətlərdə sağlam qidalanmanın tərkib hissəsi kimi mütəmadi istifadə edirlər. Çuğundurun yarpağı acı, kökü isə şirin olur. Ağ çuğundurla müqayisədə qırmızı çuğundur tərkibindəki güclü antioksidantlar sayəsində xərçənglə mübarizə qabiliyyətinə malikdir. Çuğundurun yarpaqları və kökləri ürək xəstəliyi riskini azaldan antioksidantlarla zəngindir. Onun müntəzəm istehlakı bədəndəki iltihabı azaltmağa və dəmir çatışmazlığının qarşısını almağa kömək edə bilər.

 

Pravda.az qırmızı çuğundurun faydalarını təqdim edir:

 

Qırmızı çuğundurun tərkibində çoxlu vitamin və minerallar var. Qırmızı çuğundur fol turşusu ilə zəngin olan qidadır. Eyni zamanda çuğundurun tərkibinin zənginliyi beynin fəaliyyətinə də müsbət təsir edir.

 

Qırmızı çuğundurun faydaları nələrdir?

Gıda Renklendiricisi: Betalain (E162) - Gıda Notları

 

Qırmızı çuğundur vitamin və minerallarla zəngin qidadır. Beyin, ürək və həzm sisteminə müsbət təsir edən qırmızı çuğundur iltihab əleyhinədir və iltihabı aradan qaldırmağa kömək edir, xərçəng hüceyrələrinin böyüməsini yavaşlatan birləşmələrə malikdir. Qan təzyiqini nəzarət altında saxlayaraq təzyiqi aşağı salır. Beyin sağlamlığına faydalıdır. Zəngin lifə malik olduğu üçün artıq çəkidən azad olmağa kömək edir. Tərkibindəki dəmir qan azlığının qarşısını alır. Bədəndə iltihabı azaltmağa kömək edir. Həzmi yaxşılaşdırır və bağırsaqların işinə müsbət təsir edir.

 

Pancarın Faydaları Nelerdir? - Nefis Yemek Tarifleri

 

Qan təzyiqini nəzarət altında saxlayaraq təzyiqi aşağı salır

 

Qırmızı çuğundurun tərkibindəki nitrat sayəsində orqanizmdəki damarlar genişlənir, qan axını təmin edilir, təzyiqi aşağı salır. Bu da, ürək xəstəliyi və insult riskini azaldır. Qırmızı çuğundur bir çox karbohidratlı qidaların əksinə mənfi yan təsirləri olmadan enerji təmin edə bilir. Qırmızı çuğundur tərkibindəki nitratlar sayəsində beyin sağlamlığına töhfə verir. Yaşlandıqca beyinə qan axını azaldığından, yaddaşla bağlı müəyyən problemlər yarana bilir. Qırmızı çuğundurun istehlakı bu vəziyyətin qarşısını ala bilər.

 

Kırmızı pancarın faydaları nelerdir? - Ankara Magnet Hastanesi

 

Zəngin lifə malik olduğu üçün artıq çəkidən xilas olmağa kömək edir

 

Qida və liflə zəngin olan qırmızı çuğundur arıqlamağa kömək edir. Qırmızı çuğundurda olan maqnezium və kalium bədəndən artıq suyun çıxarılmasına kömək edərək şişkinliyin qarşısını alır. Çuğundur maddələr mübadiləsini sürətləndirməkdə təsirli olmaqla artıq çəkidən xilas olmağa kömək edir.

 

Qırmızı çuğundurun tərkibində olan dəmir qan azlığının qarşısını alır

 

Qırmızı çuğundur tərkibindəki dəmir miqdarı sayəsində anemiyanın qarşısını alır və qırmızı qan hüceyrələrini bərpa edir.

Bağışıklık Sisteminin Dostu Kırmızı Pancarın Faydaları - Yaşadıkça

 

Bədəndə iltihabı azaltmağa kömək edir

 

Qırmızı çuğundur tərkibindəki lif, betalain və iltihab əleyhinə birləşmələr sayəsində qanı təmizləyir. Bundan əlavə qaraciyəri toksinlərdən təmizləməyə kömək edən detoks rolunu oynayır. Tərkibindəki yüksək antioksidant  sayəsində iltihab əleyhinə xüsusiyyətə malikdir.

 

Əminə Bayramova

Tarix: 13 Fevral 2025, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin