BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yoluxan xəstələrdən 209-u reanimasiyadadır - DİQQƏT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Pravda.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7200 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 209 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7106 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 468 967 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 307 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Tarix: 28 İyun 2020, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin