BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın Azərbaycandakı səfirliyində TÜSTÜLƏNMƏ

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.

 

Səfirliyin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

 

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.

 

 

Tarix: 9 Dekabr 2019, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin