Azərbaycanda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı

Abşeronda bədbəxt hadisə baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.

 

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib.Report

Tarix: 29 İyun 2020, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin