BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenskidən seçkilərin keçirilməsini istəyən ukraynalılara TƏKLİF: "Başqa vətəndaşlıq seçsinlər"

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkisinin keçirilməsinə ümid edən ukraynalılara başqa vətəndaşlıq seçməyi təklif edib.

 

O, bu bəyanatla fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

 

V.Zelenski seçki ilə bağlı danışmağa hazır olduğunu qeyd edib, lakin onun sözlərinə görə, ukraynalılar "bunu istəmirlər".

 

"Əgər kiminsə xoşuna gəlmirsə, başqa vətəndaşlıq seçə bilər", - deyə Zelenski çıxışı zamanı bildirib.

 

O həmçinin ölkədə xalq arasında birliyə ehtiyac olduğunu da qeyd edib.

 

Oxu.az

Tarix: 15 Fevral 2025, 21:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin