BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı - YENİLƏNDİ

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

 

***

 

12:03

 

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

 

Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Tarix: 16 Fevral 2025, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin