BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdü

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

 

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

 

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Tarix: 7 Noyabr 2019, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin