BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tədbirlər sərtləşdirilməli, cərimələr artırılmalıdır” - Deputatdan TƏKLİF

“Son 14 gün ərzində ölkəmizdə COVID-19-a yoluxanların sayı 50 faiz artıb”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri nəzərdə tutan dəyişikliyin müzakirəsi zamanı parlamentin komitə sədri Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov deyib ki, bu, ciddi rəqəmdir: “Yoluxanların sayının artması səhiyyə sistemində böyük gərginlik yaradır. Hazırda səhiyyə müəssisələrinə xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir, reanimasiya və süni tənəffüs aparatına ehtiyac olan xəstələrin sayı artır ”.

Komitə sədri qeyd edib ki, Avropanın bir neçə ölkəsində koronavirusla bağlı vəziyyət stabilləşib: “Hazırda virusla bağlı dərman, peyvənd yoxdur. Vəziyyətin stabilləşdiyi ölkələr karantin rejiminə ciddi əməl etməklə, insanların qoruyucu vasitələrdən istifadə etməsi ilə buna nail olub. Ölkəmizə gəlincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi işlər görülüb. Bu gün ölkəmizdə virusa yoluxmada ciddi artım varsa, deməli, sanitar-epidemioloji qaydalara ciddi riayət etmərik. Əgər xəstə və sağlam insan maskadan istifadə edərsə, yoluxma 1,5 faiz olar. Sosial məsafə də qorunsa, yoluxma faizi daha da azalar. Təəssüf ki, bu gün sosial mediada anti-təbliğata da rast gəlirik və bu da insanların karantin rejiminə riayət etməsinə mane olur. Biz karantin qaydalarına ciddi riayət etməsək, koronavirus bizim də ailəmizə gələcək. Hər birimiz bu gün süni tənəffüs aparatına qoşulan xəstələrin yerində ola bilərik. Hadisələr göstərir ki, mövcud tədbirlər effekt vermir, tədbirlər sərtləşdirilməli, cərimələr artırılmalıdır. Prezident Gəncədə bəyan etdi ki, koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Biz hər birimiz koronavirusdan özümüzü qorumağı öyrənməliyik. Karantin qaydalarını pozanlara güzəşt olmamalıdır”.

Tarix: 29 İyun 2020, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin