Qənimət Zahid: “Bizim işimiz hökuməti şərləməkdir” - VİDEO

Milli Şuranın virtual iclasının daha bir videosu yayılıb.

 

Pravda.az xəbər verir ki, bundan əvvəl yayılan videolar kimi bu iclasda da ciddi siyasi mövzulardan deyil, lağlağı və zarafatlar üstünlük təşkil edib. Amma toplantıda Fransada yaşayan jurnalist Qənimət Zahidin bəzi etirafları şok effekti yaradıb.

 

Belə ki, Q. Zahid az sonra canlı efirə çıxacağını bildirib və buna görə də virtual iclası tərk edəcəyini qeyd edib. Bu zaman toplantıda iştirak edən Rahim Hacıyev bundan əvvəlki verilişdə Q. Zahidin devalvasiya ilə bağlı müzakirə zamanı bəzi yanlış məlumatlar verdiyin xatırladıb və onu “diqqətli olmağa” çağırıb.

 

Q. Zahidin isə bu irada cavabı belə olub: “Olsun. Bizim işimiz hökuməti şərləməkdir!”.Yenisabah

 

Tarix: 29 İyun 2020, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin