BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını rüsvayedici görüntülərlə şantaj edən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən E.Paşayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

 

İttihama görə, E.Paşayev zərərçəkmiş M.M-i (şərti) çılpaq fotoşəkillər və videogörüntülərlə şantaj edərək, ondan 2021-ci ildə Bakı şəhəri, metronun “Koroğlu” stansiyasının qarşısındakı ərazidə 2000 manat pul alıb.

 

Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdən başlayaraq həmin çılpaq fotoşəkilləri və videogörüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyib. Sonra E.Paşayev bunun müqabilində M.M-dən 10 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Fevral 2025, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin