BURADA REKLAMINIZ OLA
BİLƏR

Özcandan səhhəti ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Özcan Deniz infarkt keçirib.

 

Axşam.az-ın məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək səhhətinin yaxşı olduğunu və müalicəsinə evdə davam etdiyini bildirib:

 

"Narahat olan, zəng edib soruşan hər kəsə, bütün dostlarıma və sevənlərimə təşəkkürümü bildirirəm. Çəkiliş meydançasında özümü pis hiss etdim. Həkimimin müdaxiləsi və sevimli həyat yoldaşımın evdə qayğısı sayəsində hər şey geridə qaldı. Olduqca yaxşıyam və hər şey yolundadır"

 

Qeyd edək ki, Özcan hazırda “Kızıl goncalar” serialında rol alır. Onun ailə üzvləri ilə mübahisə etdikdən sonra çəkiliş meydançasında halı pisləşdiyi və infarkt keçirdiyi bildirilib.

 

 

Tarix: 18 Fevral 2025, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin